Daşkənddə Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təlimi keçirilir

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Azərbaycanın Müdafiə Nazirliyi ilə Özbəkistanın Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Daşkənddə “Məharət – 2025” kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Silahlı Qüvvələrin Modelləşdirmə və Simulyasiya Tədqiqatları Tədris Mərkəzində “Qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması” mövzusunda keçirilən təlim iki mərhələdən ibarətdir.

Birinci mərhələdə iştirakçılar mövzu üzrə əməliyyatın planlaşdırılmasını, ikinci mərhələdə isə modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən müvafiq fəaliyyətləri icra edəcəklər.

“Məharət – 2025” təliminin məqsədi iki dövlət arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da təkmilləşdirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və qazanılmış hərbi təcrübənin mübadiləsidir.

Daşkənddə Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təlimi keçirilir

Loading

Next Post

KİV: İran İsrailin dağıtdığı obyektləri bərpa edir

İran iyunda 12 günlük müharibə zamanı İsrailin hücumuna məruz qalmış raket obyektlərini bərpa etməyə başlayıb. “Associated Press”in təhlil etdiyi peyk görüntüləri Parçin və Şahrudda görülən işləri nümayiş etdirir, lakin Tehranın hələ də əsas avadanlığı – bərk yanacaq istehsalı üçün böyük planetar qarışdırıcı cihazları yoxdur. Raket proqramının bərpası İran üçün böyük […]