Prezident İlham Əliyev Bibiheybətdə görülən işlərlə bağlı: Ora da hazır olanda mənə deyin, gedib baxarıq

Oxunma vaxtı:50 Saniyə

Ora da hazır olanda mənə deyin, gedib baxarıq. Bəli, Balaxanı və Bibiheybət dünyanın ən qədim neft mərkəzləridir.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanışlıq zamanı deyib.

Dövlət başçısı bildirib:

“O vaxt Bibiheybətdə mən göstəriş verdim, dedim bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var, yoxdur? Ona görə təklif etdim ki, orada qədim əşyalardan, tikinti materiallarından abidə kimi neft buruğunun maketi yaradılsın. İndi xaricdən gələn qonaqlar görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır, əlbəttə ki, bu yerdə. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, əgər o vaxt o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqilliyimizi bərpa edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi və bizim xalqımıza nə verdi? Bu, artıq ritorik sualdır. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ceyhun Bayramov: Ermənistan silahlı qüvvələri iyul ayında Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf alıb

Cari ilin 23 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin video konfrans formatında keçirilən illik Nazirlər Görüşündə iştirak edib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupuna sədrlik edən Qazaxıstanın təşəbbüsü ilə “COVID-19 dövründə Vyana Fəaliyyət […]