Prezident onlarla bağlı Sərəncam imzaladı

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Əli Şamil oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Prezidenti İlham Əliyevin imzaladığı digər sərəncamla Cavanşir Hümmət oğlu Paşazadə də “Şərəf” ordeni ilə təltif edilib.
Sərəncamda Cavanşir Paşazadənin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edildiyi qeyd olunub.

Qeyd edək ki, bu ay Əli Həsənovun 75, Cavanşir Paşazadənin 70 yaşı tamam olur.

Loading

Next Post

Aqil Abbasla Novruz Aslan təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev deputat Aqil Abbasla bağlı sərəncam imzalayıb.  Dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, aprelin 1-i Aqil Abbasın 70 yaşı tamam olub.  *** Dövlət başçısının digər sərəncamı […]