Bakıda zavod ərazisində yanğın oldu – Video

Oxunma vaxtı:25 Saniyə

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.

Loading

Next Post

ASALA, PKK himayəçisi Fransanın Moskva terrorundakı izi - TƏHLİL

Fransa terrorizmi dəstəkləyən dövlət kimi də dünya tarixində xatırlanacaq. Uzun illər müstəmləkə torpaqlarında dinc sakinlərə qarşı törətdiyi soyqırımı azmış kimi, bəzi terror cinayətlərinin də mərkəzində Fransa dayanır.Ötən il Mali hakimiyyəti Fransadan hərbçilərini çıxarmağı tələb etmişdi. Buna səbəb fransızların terrorçularla əlaqəsi göstərilirdi. Fransa hakimiyyəti Afrikada iradəsinə tabe olmayan, Yelisey sarayının ağalığına […]