Bakıda qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb olunub

Oxunma vaxtı:23 Saniyə

Bakıda qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb edilib.

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur.

Polis əməkdaşları Binəqədi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyini müəyyən edib və o, məsuliyyətə cəlb edilib.

Loading

Next Post

Peşə təhsilinə cəlb edilmiş məhkumlar ödənişli fəaliyyətə cəlb olunacaq

Peşə təhsilinə cəlb edilmiş məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi üzrə mexanizm hazırlanacaq. Bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub. Plana əsasən, peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sistemi yaradılacaq. […]