Milli Kitabxana Səməd Vurğunun 120 illik yubileyi münasibətilə elektron layihələri təqdim edib

Oxunma vaxtı:39 Saniyə

Milli Kitabxanada Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə elektron layihələr istifadəçilərə təqdim edilib.

“Xalqımızın ilk Xalq şairi Səməd Vurğun – 120” adlı virtual sərgidə rəsmi sənədlər, şairin şeirləri, poemaları, dram əsərləri, tərcümələri, həyatı haqqında xatirələr, esseler, şeirlər, Səməd Vurğun və uşaq ədəbiyyatı, poeziyası, bədii əsərlərin dili və üslubu, dramaturgiyası və s. mövzularda tədqiqat işləri, monoqrafiyalar, zəngin irsi haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar və dövri mətbuat materialları fotolar nümayiş olunur.

Milli Kitabxananın “Azərbaycanın Xalq şairi Səməd Vurğun” adlı elektron məlumat bazasında isə şairin irsi haqqında daha geniş və sistemləşdirilmiş tammətnli resurslar “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Səməd Vurğun haqqında”, “Hikmətli sözləri və aforizmləri”, “Əsərləri”, “Şeirlərinə yazılmış mahnılar”, “Haqqında”, “Təltiflər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrində onlayn istifadəçilərə təqdim edilir.

Loading

Next Post

Araqçi: Tehranla koordinasiya halında Yaponiya gəmiləri Hörmüzdən keçə bilər

Tehranla koordinasiya halında Yaponiya gəmiləri Hörmüz boğazından keçə bilər.Bunu “Kyodo” agentliyinə müsahibəsində İran xarici işlər naziri Abbas Araqçi bildirib.Abbas Araqçi deyib ki, Tehran qlobal enerji daşımaları üçün əsas arteriyalardan biri olan Hörmüz boğazından Yaponiya gəmilərinin keçidini asanlaşdırmağa hazırdır və bu məsələ ilə bağlı Yaponiya ilə danışıqlar davam edir: “Yaponiya kimi […]