Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Oxunma vaxtı:25 Saniyə

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir:

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının doğmalarına və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bakı Yeparxiyasının ruhaniləri ilə birlikdə mərhəmətli Yaradana dualar edirəm ki, kədərlənənlərin və yaralananların qəlbinə təsəlli bəxş etsin, bu faciənin təsirinə məruz qalan insanların hamısına güc versin”.

Loading

Next Post

Pezeşkianın Tacikistan və Rusiya səfərləri – İranın siyasi aktivliyinin nümayişi - ANALİZ

İran Prezidenti Məsud Pezeşkianın keçmiş sovet respublikalarına səfəri davam edir. Yanvarın 16-da Tacikistana dövlət səfərini reallaşdırıb. Yanvarın 17-də isə Moskvaya səfər edib. İranla Tacikistan arasında əməkdaşlığa dair 23 sənəd imzalanıb. Məsud Pezeşkian ölkə Prezidenti Emoməli Rəhmon və ölkənin müxtəlif rəsmiləri ilə görüşüb. Siyasi, iqtisadi, ticarət, sərmayə, energetika, səhiyyə, nəqliyyat, turizm […]