DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib

Oxunma vaxtı:34 Saniyə

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Qeyri-sabit hava şəraiti, xüsusilə intensiv yağıntılar və güclü küləklə əlaqədar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara aşağıdakıları tövsiyə edir:

  • Sürüşkən yol şəraitini nəzərə alaraq sürət həddinə əməl edilməli, nəqliyyat vasitələri arasında ara məsafəsi düzgün saxlanmalı;
  • Zəif görünmə şəraitində işıq cihazlarından istifadə olunmalı, qəfil manevrlərdən və ötmələrdən çəkinilməli;
  • Piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli;
  • Şəxsi nəqliyyat vasitələrindən istifadənin mümkün qədər azaldılması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

BDYPİ bütün yol hərəkəti iştirakçılarını ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Loading

Next Post

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,64% azalaraq 67,14 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,42 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan […]