Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Oxunma vaxtı:22 Saniyə

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal gömrük ərazisindən geri aparılır və ya məhv edilir, yaxud onlardan dövlətin xeyrinə imtina olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Loading

Next Post

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Oksford və Kopenhagen universitetlərinin alimləri tərəfindən aparılan araşdırma tarixin ən təhlükəli yoluxucu xəstəliklərindən biri olan taun xəstəliyinin (Yersinia pestis) gözlənildiyindən çox daha qədim dövrlərdə də kütləvi ölümlərə səbəb olduğunu üzə çıxarıb. Araşdırmaya görə, Sibirdə Baykal gölü ətrafında aparılan qazıntılar zamanı Son Neolit dövrünə aid dörd fərqli qəbiristanlıqdan götürülən insan qalıqlarının […]