BƏRDƏ POLİSİ PEŞƏ BAYRAMINI XİDMƏTİ FƏALİYYƏTDƏ QAZANILAN NAİLİYYƏTLƏRLƏ QARŞILAMAĞA HAZIRLAŞIR

Oxunma vaxtı:2 Dəqiqə, 36 Saniyə

Polis polkovniki Ənvər Həsənovun Bərdə Rayon Polis Şöbəsinə rəis təyin edilməsindən bir il ötür. Bəri başdan qeyd etməyi vacib bilirik ki, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirən cənab Ənvər Həsənov Bərdə rayonunda işlədiyi dönəmdə cinayətkarlıqla mübarizədə qətiyyətli addımlar atıb.

Şərəfli xidmət yolu keçən RPŞ-nin şəxsi heyəti Ənvər Həsənovun rəhbərliyi altında rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görüb, polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirib. Rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub.

Bərdə rayonunda dələduzluğun qarşısının alınması və gənclərin narkotik maddələrdən cəkindirilməsi, həmcinin rayon gənclərinin yüksək təlim tərbiyədə formalaşmasında polis böyük səylə əmək sərf edib. Rayon polis şöbəsində zabitlərdən tutmuş, polis nəfərlərinə kimi nizam – intizamın qorunmasına, vətəndaş və polis arasındakı səmimi münasibətin qurulmasına əhəmiyyətli dərəcədə diqqət yetirilib. Polisin bu kimi fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanıb. Vətəndaşlar polisə daha çox arxalanıb, öz hüquqlarının və təhlükəsizliklərinin layiqincə mühafizə olunduğunu düşünüblər. Polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi rayonda iqtisadi inkişaf və əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradıb.

Cənab Ənvər Həsənov daxili işlər orqanlarında bütün xidmət dövründə icraatındakı işlər üzrə təqsirsizlik prezumpsiyası və digər prinsiplərə daim riayət olunmasını təmin edib, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol verməyib. O, ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləyir, milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri yaxından izləyir. Həmçinin kütləvi informasiya vasitələrinin onun işlədiyi polis orqanının fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşır, jurnalistlərin dürüst və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kömək göstərir. İndiyədək qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməmiş, xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamışdır.

Azərbaycan polisi və bu böyük qüvvənin tərkib hissəsi olan Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyəti 2023-cü ilin ötən dövrünü böyük uğurlarla – peşəkarlığın artırılması, intellektual səviyyənin yüksəldilməsi, cinayətkarlığa qarşı mübarizənin kəskinləşdirilməsi, dövlətçiliyin əsas dayaqlarının qorunması, sivil cəmiyyət üçün xarakterik olan insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əldə edilmiş nailiyyətlərlə başa vurub.  Rayon Polis Şöbəsinin şəxsi heyəti rayonda ictimai asayişin, əmin-amanlığın qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirir.

Əmin olmağa dəyər ki, 2 iyul – Polis İşçisi Gününü xidməti fəaliyyətdə qazanılan çoxsaylı uğurlarla qarşılamağa hazırlaşan Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəklər. Böyük məmnuniyyətlə cənab Ənvər Həsənovu və onun rəhbərliyi altında xalqa, dövlətə, dövlətçiliyə, qüanunçuluğa xidmət nümunəsi göstərən Bərdə RPŞ-nin şəxsi heyətini qarşıdan gələn 2 iyul – peşə bayramları münasibətilə təbrik edir, xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

Seyid İsmayıl Abbasov

“Doğru Söz” qəzetinin və “Doğru Söz” Milli İnformasiya Agentliyinin baş redaktoru

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İlham Əliyev hərbi qulluqçuları təltif etdi - SİYAHI

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:“Azərbaycan Bayrağı” ordeni iləHüseynov Münasib Asif […]