Premyer Liqa: “Zirə” bu gün Yevlaxda, “Sabah” isə Bakıda meydana çıxacaq

Oxunma vaxtı:52 Saniyə

Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.

İlk olaraq “Zirə” “Karvan-Yevlax”ın qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. Cari mövsüm avrokuboklara vəsiqəni hədəfləyən “Zirə” 39 xalla 5-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi 8 xalla sonuncu – 12-ci sıradadır.

Günün ikinci görüşündə “Sabah” “Sumqayıt”ı qəbul edəcək. Matç “Bank Respublika Arena”da, saat 19:15-də başlayacaq. Bakı klubu 59 xalla liderdir. “Gənclik şəhəri” təmsilçisi 32 xalla 7-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

III dövrə, XXV tur

19 mart

15:00. “Karvan-Yevlax” – Zirə”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Yevlax şəhər stadionu

19:15. “Sabah” – “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“Bank Respublika Arena”

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq. Ötən gün “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı minimal hesabla üstələyib – 1:0.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,63 ABŞ dolları və ya 8,9 % artaraq 117,79 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 112,53 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]