Məktəblərin tədris planları təsdiqlənib

Oxunma vaxtı:18 Saniyə

Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üçün tədris planları təsdiqlənib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etmək tapşırılıb.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Loading

Next Post

Paris-2024: Lamiyə Vəliyeva bu gün növbəti sınağına çıxacaq

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxacaq. İdmançı bacarığını 400 metr məsafədə göstərəcək. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayacaq. Final mərhələsi isə sentyabrın 7-də keçiriləcək. […]