İran Hörmüz boğazı ilə bağlı yeni qurum yaratdı

Oxunma vaxtı:29 Saniyə

İranlılar Hörmüz boğazında hərbi və ya kommersiya gəmilərinin keçidini tənzimləyəcək yeni qurumu – Fars Körfəzi Boğazı İdarəsi yaradılıb.

Bu barədə “Al Jazeera”nin İran üzrə əməkdaşı məlumat paylaşıb.

Məlumata görə, bundan sonra Hörmüz boğazından keçmək istəyən hər hansı bir kommersiya və ya hərbi gəmi İran silahlı qüvvələri ilə tam koordinasiyaya malik olmalıdır.

Onlar keçidlə bağlı elektron poçt göndərməlidirlər və sonra İran hakimiyyəti bunu nəzərdən keçirəcək və araşdıracaq. Aydınlıq gətirildikdən və təhlükəsizlik icazəsi verildikdən sonra gəmilərin Hörmüz boğazından keçməsinə icazə veriləcək.

Qeyd edilib ki, bununla yanaşı İran tərəfi boğazın statusunda daimi dəyişiklikdən danışır və bundan imtina etməyəcəklərini elan ediblər.

Loading

Next Post

Makronun İrəvan səfəri: Paşinyana seçkiöncəsi strateji dəstək mesajı - ŞƏRH

May ayının 4-də Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin 8-ci Sammiti keçirilib. Bu tədbirdə Aİ-nin bir sıra dövlət başçılarının, xüsusilə Fransa Prezidenti Emmanuel Makronun iştirakı təkcə diplomatik hadisə yox, həm də bir sıra mesajları ehtiva edən hadisədir. Bu iştirak əslində Paşinyan hökumətinin son illərdə daha da aydın görünən avropayönümlü xarici […]