Milli Məclisin növbədənkənar iclasları keçirilə bilər

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Milli Məclisin yaz sessiyasının son plenar iclası keçiriləcək.

Parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclasların çağırılacağı gözlənilir.

Məlumata görə, iyunda parlamentin azı iki növbədənkənar iclasının keçirilməsi planlaşdırılır.

İyun ayının sonlarında deputatlar növbədənkənar iclasları başa vurub, sentyabrın 15-nə kimi yay tətilinə yollanacaqlar.

Prosedur qaydalarına əsasən parlamentarilər sentyabrın 15-də növbəti payız sessiyasının komitə iclaslarına start verərək, fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edən tərəflər müəyyənləşdirir.

Loading

Next Post

Şagirdlərin elektron yerdəyişməsi DAYANDIRILIR

6 iyun saat 18:00-dan 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.