“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçib

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

“Muğan Bank” ASC-yə 2 yeni səhmdar gəlib.

“Report” xəbər verir ki, bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərdir.

Onların hər biri Bankda 40% pay əldə edib.

Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, “Muğan Bank”ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74%-dən 0,78%-ə, Fəridə Mehdiyevanın payı 21,61%-dən 10,89%-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65%-dən 8,33%-ə düşüb.
Beləliklə, Vəliyevlərin bankdakı payı 10,65 %-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişib.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.

Loading

Next Post

Bu məhsulların idxalı ƏDV-dən azad edildi

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib.