Yaponiya Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etdi

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Yaponiya hakimiyyəti Rusiya Federasiyası müdafiə nazirinin müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Viktor Qoremykinə qarşı sanksiyalar elan edib. 

Bu barədə Yaponiya xarici işlər nazirliyi məlumat yayıb.  

Sanksiyalar “Kalaşnikov” konserninin prezidenti Alan Luşnikov və Rusiya prezident administrasiyasının bir sıra yüksək rütbəli məmurlarına da şamil edilib.

Onların arasında Rusiya prezidentinin Dövlət Şurasının fəaliyyətinin təmin edilməsi şöbəsinin müdiri Aleksandr Xariçev və Boris Rapoport da var.

Bundan əlavə, Tokio Rusiyanın işğal etdiyi Xerson vilayətinin, LXR və DXR administrasiyalarından doqquz nəfərin aktivlərini dondurub. 

Loading

Next Post

"Mədəniyyət sahəsində çoxlu qüsurların olduğunu görürük" - Nazir əvəzi

“Mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılması önəmlidir. Bu, çox zəruri və əhəmiyyətli məsələdir. Qısa zaman ərzində mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili ilə məşğul olmuşuq”. Bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib. “Artıq təyinatımdan iki ay keçib, bu müddət ərzində tam şəkildə mədəniyyət […]