Ermənistanda Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Ermənistan Baş Prokurorluğu tərəfindən azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb.

Onlar Ermənistan dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah-sursat daşımaqda ittiham edilirlər.

Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundovun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Mənbə: News.am

Loading

Next Post

Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsizlik seriyaları - SİYAHI

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ilk məğlubiyyətini alıb. Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Qurban Qurbanovun yetirmələri XXX turda “Sabah”la səfər matçında 1:2 hesabı ilə uduzublar. Bununla da “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb. Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. “Qarabağ” sonuncu dəfə 2021-ci […]