KİV: İran ABŞ-ın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib

Oxunma vaxtı:25 Saniyə

İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, ABŞ-ın region ölkələrindəki hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib.

“Reuters“ə danışan anonim iranlı rəsmi İranın məsələ ilə bağlı region ölkələrinə xəbərdarlıq etdiyini bildirib.

“Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, ABŞ İrana hücum etsə, Vaşinqtonun bu ölkələrdəki hərbi bazaları vurulacaq”, – anonim mənbə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf da İrana hücum olacağı halda, ABŞ-ın regiondakı qüvvələrinin hədəfə alınacağını bəyan edib.

Loading

Next Post

"Qarabağ"ın növbəti iki yoxlama oyununun başlama saatı açıqlanıb

“Qarabağ” komandasının növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb. Bu barədə hazırkı ölkə çempionu məlumat yayıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq. İlk rəqib Xotvatiya təmsilçisi “Osiyek” olacaq. “Köhlən atlar” ardınca Polşanın “Zaqlebye” klubu ilə üz-üzə gələcək. Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start […]