Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

DogruSozTv Az
Oxunma vaxtı:24 Saniyə

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan ölkənin müstəqilliyinin 35-ci ildönümü ilə əlaqədar 852 məhkumu əfv edib.

Bu barədə Özbəkistan mediası məlumat yayıb.

Onlardan 604 nəfər cəzadan tam azad edilib, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin həbs müddəti isə azaldılıb.

Əfv olunanların 7-si əcnəbi; 49-u qadın; 37-si yaşı 60-dan yuxarı olan kişi; 375-i gəncdir. Qadağan olunmuş təşkilatların fəaliyyətində iştiraka görə məhkum olunanların 63 nəfərdir.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib. “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov APA-ya açıqlamasında bildirib ki, bu il jaketlərin qiyməti də 30 manatdan 20–22 manata endirilib. Qeyd edilib ki, həmin endirimli qiymətlər cari […]