Hipermarketə silahlı basqının anbaan görüntüsü – Video

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Bu gün Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketdə baş vermiş silahlı basqının görüntüləri yayılıb.

Görüntülərdən hadisənin 2 nəfər tərəfindən törədilməsi məlum olur. Belə ki, hipermarketin giriş hissəsindəki bankomatda inkassatorun pulları çıxardığı vaxt bir nəfərin tapança ilə daxil olaraq atəş açdğı görünür. Bu zaman inkassatorun mühafizəçisi silahlı müqavimət göstərməyə çalışır və baş nahiyəsindən güllə yarası alaraq yıxılır. Həmin zaman hipermarketin daxili hissəsindən digər silahlı şəxs bir neçə dəfə atəş açaraq pulların olduğu kisəni götürərək digər şəxslə birgə oradan uzaqlaşır.

Hadisəni törədən şəxsin yaxınlıqda park edilmiş avtomobillə uzaqlaşdığı iddia olunur.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

https://youtu.be/DelY8LRX4uE

“Qafqazinfo”

Loading

Next Post

Bakıda marketdə ölən şəxsin kimliyi bilindi - FOTO

Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən şəxsin fotosu yayılıb.Dogrusoztv.az APA-ya istinadən xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Xatırladaq ki, ölən şəxs Həsənov Rüfət Rahib oğludur.