Eduard Bağırov vəfat etdi

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Azərbaycanəsilli rusiyalı yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib.

Bu barədə “Varlamov News” teleqram kanalı yazıçının yaxınlarına istinadən yazıb.

Mənbənin sözlərinə görə, son bir həftədə Bağırov komada idi. Onda orqan çatışmazlığının yarandığı bildirilir.

Qeyd edək ki, yazıçı, kinodramaturq, radioaparıcı E. Bağırov 1975-ci ildə Türkmənistanın Marı şəhərində anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. 2007-ci ildə “Qastarbayter” romanı sayəsində məşhurlaşıb. 2008-ci ildə “Sevgililər” romanı, 2010-cu ildə isə “İdealist” romanı işıq üzü görüb.

Eduard Bağırov vəfat etdi

Loading

Next Post

Ordumuz təlimlərdə "Smerç" raketlərindən döyüş atışları icra edib - VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr “Smerç” reaktiv […]