Azərbaycanlı və erməni hərbçilər arasında dava? – Hraparak

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Ermənistanın “Hraparak” nəşri Azərbaycan Ordusunun əsgərləri ilə erməni əsgərlər arasında “əlbəyaxa” dava olduğu haqda məlumat yayıb.

Erməni mediası “öz mənbəsinə” istinadla Dağ/Dığ-Gorunzur (Tez-Kornidzor) istiqamətində Ordumuz mövqe tutarkən, erməni əsgərlərlə “əlbəyaxa dava” etdiyini iddia edib.

Qeyd edək ki, sözügedən görüntülər ötən gündən sosial şəbəkələrdə yayılıb. O görüntülərdə Azərbaycan əsgərinin “əlbəyaxa dava”sı deyil, erməniləri qabağına qataraq, Azərbaycan ərazisindən qovub çıxartdığı görünür.

Xatırladaq ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri Ordumuz nəzarətinə götürüb.

Axar.az

Loading

Next Post

Pensiyaçılar niyə “yoxa çıxır”... - SƏBƏB

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunda 1114,2 min pensiyaçı qeydiyyatda olub. Ölkə əhalisinin 11 faizini təşkil edən pensiyaçıların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13,0 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.   Əvvəlki illərlə müqayisədə pensiyaçıların sayında azalma müşahidə edilir. Statistika Komitəsinin məlumatlarına əsasən, […]