Əli Əsədov: Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

Oxunma vaxtı:35 Saniyə

Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.

Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə keçirilən geniş tərkibdə görüş əsnasında bildirib.

Azərbaycanın Baş naziri deyib: “Bu gün qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələlərinə dair çox konstruktiv və ətraflı müzakirələr apardıq. Hökumət xətti ilə dövlət başçılarının razılaşmaları və tapşırıqlarının həyata keçirilməsi üzrə birgə səyləri artırmaq barədə razılıq əldə etdik. Bu gün prezidentlər İlham Heydər oğlu Əliyev və Aleksandr Qriqoryeviç Lukaşenkonun birgə səyləri ilə Azərbaycan-Belarus tərəfdaşlığı bütün istiqamətlər üzrə inkişaf edir və hərtərəfli xarakter daşıyır.

Qarşılıqlı səfərlər və yüksək səviyyədə görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər səmərəli birgə fəaliyyətə daha çox kömək edir”.

Loading

Next Post

Sosial şəbəkələr vasitəsilə vətəndaşlara 51 min manat dələduzluq edilib

Sosial şəbəkələrdə gəlir qazanmaq vədi ilə dələduzluq edən 2 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 17 yaşlı İ.Məmmədov və 33 yaşlı V.Bağırov saxlanılıb. Aparılan araşdırmalarla […]