Beynəlxalq müstəvidə Azərbaycana hörmətlə yanaşılır

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Beynəlxalq müstəvidə Azərbaycana çox hörmətlə yanaşılır.

Bunu Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.

“Beynəlxalq müstəvidə Azərbaycana çox hörmətlə yanaşılmanın bir çox səbəbi var. Bunlardan biri Heydər Əliyevlə bağlıdır. Uzun illərdir ki, Azərbaycan dünyada problemlərin həllində, sülhün bərqərar edilməsində aktiv rol oynayır. Heydər Əliyevə gördüyü işlərə görə təşəkkür edilməlidir. Biz bu gün Heydər Əliyevin davamçıları olaraq, sizlərə təşəkkür edirik”,- deyə o bildirib.

Qeyd edək ki, bu gün Milli Məclisin xüsusi iclası keçirilir.

Loading

Next Post

Heydər Əliyev hər zaman sülhün tərəfdarı olub - Şalva Papuaşvili

Heydər Əliyev hər zaman Qafqaz regionunda sülhün bərqərar olunmasının tərəfdarı olub. Bunu Gürcüstan parlamentin sədri Şalva Papuaşvili Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. “Azərbaycanın çətin dövründə Heydər Əliyev ölkəsini bu vəziyyətdən çıxardı. Heydər Əliyev çətin zamanda bir siyasətçi üçün ən […]