Əli Əsədov: Azad edilmiş ərazilər Azərbaycana investisiyaların artırılması üçün imkanlar yaradır

Oxunma vaxtı:35 Saniyə

Azərbaycanın azad edilmiş əraziləri – Qarabağ və Şərqi Zəngəzur – ölkəyə investisiyalar üçün yeni imkanlar yaradır.

Bu barədə bu gün IV Daşkənd İnvestisiya Forumunun açılışında çıxış edən Azərbaycan Baş naziri Əli Əsədov bəyan edib.

Onun sözlərinə görə, Qarabağda hazırda genişmiqyaslı tikinti-bərpa işləri aparılır.

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni reallıqları nəzərə alsaq investisiya əməkdaşlığı üçün yaxşı perspektivlər açılır. Bu gün həmin torpaqlarda biz genişmiqyaslı bərpa işləri aparırıq. Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adına Yaradıcılıq Mərkəzinin açılışını xüsusi qeyd etmək istəyirəm. Bunlar Özbəkistan və Qazaxıstan prezidentlərinin hədiyyəsi kimi tikilib”, – o əlavə edib.

Ə.Əsədov qeyd edib ki, Azərbaycan xalqı bu hədiyyələrə görə Özbəkistan və Qazaxıstana minnətdardır.

Loading

Next Post

Bruney Sultanı Prezident İlham Əliyevi təbrik edib

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu. Zati-aliləri. Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Mən ölkələrimiz arasında mövcud olan səmimi dostluq münasibətlərini […]