Bruney Sultanı Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:30 Saniyə

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Mən ölkələrimiz arasında mövcud olan səmimi dostluq münasibətlərini və əməkdaşlığı yüksək qiymətləndirirəm. Əlaqələrimizin ikitərəfli əsasda, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daha da inkişafına ümid edirəm.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq nəsib etsin!

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu”.

Loading

Next Post

"Kəpəz"in yeni baş məşqçisi bəlli olub

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib. Qərb təmsilçisi Adil Şükürovla anlaşıb. Təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalanıb. Qeyd edək ki, baş məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə “sarı-göylər”i çalışdırıb. Adil Şükürov Gəncə kollektivində futbolçu qismində də çıxış edib. O, 1999/2000 mövsümündə “Kəpəz”in heyətində ölkə çempionatının gümüş […]