“Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olur” – Nazir

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

“Bu gün Cənubi Qafqaz regionundakı vəziyyət də müzakirə olunub və üçtərəfli razılaşmaların vacibliyi qeyd olunub”.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

“Postmünaqişə dövrünə aid məsələlər müzakirə olundu və Ermənistanla sülh sazişinin imzalanması üçün görülən işlər barədə fikir mübadiləsi apardıq. Bu sazişin imzalanması üçün aktiv faza artıq arxada qalıb. Hazırda Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur və biz gördük ki, danışıqların 3-cü raundunda iştirakdan da imtina etdilər”, – deyə o qeyd edib.

Loading

Next Post

Qadını təhqir edən sədr müavini İŞDƏN ÇIXARILDI

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Seymur Seyidov işdən çıxarılıb. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Seymur Seyidovun qadını təhqir etməsinə dair görüntülər yayılmışdı.