Paşinyan: Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir

Oxunma vaxtı:26 Saniyə

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, hakimiyyətin qarşısında Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu ilə bağlı həll edilməli olan vacib məsələ dayanır:

“İndi ölkəmizdə həm yol, həm kənd, həm də ev problemləri var. Lakin həll etməli olduğumuz məsələ təkcə bunlarla məhdudlaşmır. Hakimiyyət Ermənistanın yaxın onilliklər ərzində mövcud olub-olmayacağı ilə bağlı suala cavab tapmalıdır. Bizim missiyamız son dərəcə önəmli olan bu mərhələni keçməkdən ibarətdir” – Ermənistan hökumətinin başçısı belə deyib. (APA)

Loading

Next Post

Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə - İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb. Çünki Almaniya Avropa İttifaqının […]