Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:18 Saniyə

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında aprelin 24-25-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Loading

Next Post

İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə aprelin 22-də Azərbaycan-Latviya biznes forumu keçirilib. Dövlət başçıları tədbirdə çıxış ediblər.