Bu gün 33 dərəcə isti olacaq

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Mayın 31-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Loading

Next Post

Azərbaycanda axşam saatlarında DƏHŞƏTLİ HADİSƏ: Ər binanın həyətində arvadının boğazını kəsdi

Abşeron rayonunun Xırdalan şəhərində qətl törədilib. Sakinlər modern.az-a bildiriblər ki, hadisə axşam saatlarında Gənclər Şəhərciyində qeydə alınıb. İlkin məlumata əsasən, kişi binanın həyətində həyat yoldaşının boğazını kəsib. Qadının aldığı xəsarətlərdən öldüyü deyilir. Cinayətin uşaqların gözü qarşısında baş verdiyi bildirilir. Hadisənin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.