Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

Oxunma vaxtı:22 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşılayıblar.

Loading

Next Post

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış olub. Dövlət başçılarına qoruq haqqında məlumat verilib. Bildirilib ki, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki “Nadir Eksponatlar Zalı” Qazaxıstanın ən […]