Sabah 39 dərəcə isti olacaq

Oxunma vaxtı:40 Saniyə

Azərbaycanda iyunun 20-də havanın 39 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-32° isti olacaq.

Loading

Next Post

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib.Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib. Dövlət başçısının bununla bağlı imzaladığı sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində yerləşəcək səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb. Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.