Bazar günü Bakıda 32 dərəcə isti olacaq

Oxunma vaxtı:36 Saniyə

Bakıda və Abşeron yarımadasında iyunun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın dağlıq və dağətəyi rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24°, bəzi yerlərdə 26-29° isti olacaq.

Loading

Next Post

UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib

Milli Gimnastika Arenasında iyunun 27-də keçiriləcək “UFC Fight Night Baku” turnirinin əsas döyüşünün iştirakçısı olan Rafael Fiziyev Bakıya gəlib. Azərbaycan döyüşçüsünü Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşləri və yaxınları qarşılayıblar. O, qurumun mətbuat xidmətinə qarşıdakı döyüşlə bağlı açıqlama verib: “Yenidən Bakıya, doğma Azərbaycana qayıtmaq çox xoş hissdir. Qarşıda məni vacib […]