Xəzərdə İran Hərbi Dəniz Qüvvələri ilə birgə təlim keçirildi – Fotolar

Oxunma vaxtı:27 Saniyə

Xəzər dənizinin İrana mənsub hissəsində Azərbaycan və İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib.

Əvvəlcə “Dənizdə axtarış-xilasetmə” təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb.

Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.

Təlimin müxtəlif mərhələləri üzrə qarşıya qoyulan tapşırıqlar hərbi dənizçilər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilməklə yerinə yetirilib.

Loading

Next Post

COP29-da iştirak edənlər üçün pulsuz viza TƏTBİQ EDİLDİ

Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi vasitəsilə COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”sın tətbiq edib. Bu barədə XİN məlumat yayıb. “COP29 Xüsusi Viza” qeydiyyatdan keçmiş iştirakçılara göndərilən UNFCCC qeydiyyatı təsdiq edən elektron məktubda verilmiş viza linki və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə […]