COP29-da iştirak edənlər üçün pulsuz viza TƏTBİQ EDİLDİ

Oxunma vaxtı:30 Saniyə

Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi vasitəsilə COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”sın tətbiq edib.

Bu barədə XİN məlumat yayıb.

“COP29 Xüsusi Viza” qeydiyyatdan keçmiş iştirakçılara göndərilən UNFCCC qeydiyyatı təsdiq edən elektron məktubda verilmiş viza linki və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə edilə bilər. İştirakçı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına “COP29 Xüsusi Viza” üçün müraciət etmək qərarına gələrsə, UNFCCC qeydiyyatını təsdiq edən e-poçt səyahət üçün əsas təsdiqedici sənəd hesab ediləcək..“COP29 Xüsusi Viza” sahibinə birdəfəlik səfər etmək və Azərbaycan Respublikası ərazisində 30 günə qədər qalmaq imkanı verir”.

Loading

Next Post

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 4. 28 […]