Sabah Bakının əsas giriş yollarından biri BAĞLANIR

DogruSozTv Az
Oxunma vaxtı:21 Saniyə

Oktyabrın 11-i saat 08:00-dan oktyabrın 12-si saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Loading

Next Post

Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR

Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.  Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”  qanun layihəsində öz əksini tapıb.  Qeyd edək ki,bundan əvvəl  prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib […]