“Cənub Qaz Dəhlizi” digər qaz-nəqliyyat sistemləri ilə rəqib deyil – Nazir

Oxunma vaxtı:27 Saniyə

“Cənub Qaz Dəhlizi” digər qaz-nəqliyyat sistemləri ilə rəqib deyil, əksinə, bir-birini tamamlayır.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rusiyanın “Nefteqazovaya Vertikal” jurnalına müsahibəsində deyib.

Nazir xatırladıb ki, “Cənub Qaz Dəhlizi” dünyada ən iri infrastruktur layihələrindəndir və 2020-ci il dekabrın 31-dən Azərbaycan qazı bu marşrutla Avropaya nəql olunmağa başlayıb: “İmzalanmış müqavilələrə əsasən, 25 il ərzində 10 milyard kubmetr təbii qaz Avropa bazarına tədarük olunacaq. Bu layihə tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi baxımından regionun enerji təhlükəsizliyinə öz töhfəsini verəcək”.

Twitter: @Lyaman_Zeyn

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

"Doing Business"in 2020-ci il hesabatında qərəzlilik və maraqlara xidmət müşahidə olundu - Deputat

Reytinqlərinin tərtib edilməsini və nəşrini rəsmən dayandıran “Doing Business” hesabatının reytinq sıralaması ölkələrdə biznes və investisya mühitinin əlvərişliliyi, o cümlədən, dünya iqtisadiyyatındakı mövcud vəziyyətin müəyyənləşdirilməsində böyük rol oynayırdı. Amma təəssüf ki, 2020-ci ilin reytinq hesabatının hazırlanmasında qərəzlilik və maraqlara xidmət müşahidə olundu. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər […]