DİN: Kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oxunma vaxtı:31 Saniyə

Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-nin Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub.

R.Babayevin əməllərindən 100-dən artıq vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə yolu ilə təşkil olunub.

Bu şəxsin əməlindən zərərçəkən vətəndaşlardan DİN-nin 102 Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Loading

Next Post

Məktəbdə sağlamlıq imkanları məhdud olan qızın zorlanma iddiasına DİN-dən CAVAB

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün fəaliyyət göstərən 3 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alan qızın zorlanması iddia edilib. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. İddia edilib ki, məktəbdə zorlanma hadisəsi olub və direktor Bahar Kərimova hadisəni gizlətməyə çalışır. Hadisə barədə məlumatı polisə övladı zorlanan valideynin rəfiqəsi verib. Məsələ ilə […]