Tehran Trampın İranın nüvə proqramı ilə bağlı məktubuna cavab hazırlayır

Oxunma vaxtı:36 Saniyə

İran hələ ABŞ Prezidenti Donald Trampın göndərdiyi İranın nüvə proqramı ilə bağlı məktuba cavab verməyib.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə bildirib.

“Biz hələ ABŞ prezidentinin məktubuna cavab verməmişik. Cavab hazırlanma prosesindədir”, – o qeyd edib.

Bununla yanaşı, A.Əraqçi vurğulayıb ki, İran təzyiq, hərbi təhdid və iqtisadi sanksiyaların artırılması fonunda ABŞ ilə birbaşa danışıqlar aparmayacaq: “Lakin biz nüvə proqramımız ətrafında şəffaflığın formalaşmasının tərəfdarıyıq və bu istiqamətdə danışıqlar aparmağa hazırıq. Biz heç vaxt danışıqlar masasını tərk etməmişik və tərk etməyəcəyik”.

Ötən həftə “Axios” portalı mənbələrə istinadən bildirib ki, ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Ayətullah Əli Xameneiyə məktubunda iki ay ərzində İranın nüvə proqramı üzrə yeni razılaşmaya nail olmağı tələb edib.

Loading

Next Post

Ağcəbədidə 13 yaşlı qız uşaq dünyaya gətirdi - Ailəsi ondan imtina etdi

“Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı bir pedofildən dünyaya uşaq gətirməsi ictimai müzakirələrə səbəb olub. Bu vəziyyət bir neçə ciddi hüquqi və sosial məsələnin gündəmə gəlməsinə yol açıb”. Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook”da yazıb.   O bildirib ki, məhkəmənin hökmü ilə, cinayətə görə pedofil altı il […]