Türkiyədə bələdiyyə sədrinə silahlı hücum olub, özü və sürücüsü ölüb

Oxunma vaxtı:23 Saniyə

Türkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub.

Bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, o, yerləşdirildiyi xəstəxanada ölüb. Həmçinin bələdiyyə sədrinin sürücüsü Mikail Çelikkol da həyatını itirib.

Silahlı hücumda daha iki nəfər yaralanıb.

Hadisə ilə bağlı bir nəfər silahla birgə şübhəli şəxs qismində saxlanılıb. Onun bələdiyyə sədrinin qohumu olduğu müəyyənləşib.

Qeyd edək ki, H.Şen bu ilin martında keçirilən bələdiyyə seçkilərində qalib gəlib. O, iyulda üzvü olduğu Yenidən Rifah Partiyasından istefa verib.

Loading

Next Post

Mehriban Əliyeva Bakı Olimpiya Stadionundan paylaşım edib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva noyabrın 11-22-də COP29 tədbirlərinin keçiriləcəyi Bakı Olim piya Stadionundan paylaşım edib. Paylaşım Mehriban Əliyevanın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar”, – paylaşımda bildirilib.