Xaçmaz rayonunda məktəblinin ölümü ilə bağlı araşdırmalar başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
Sabunçu Rayon Polis İdarəsində xidməti yoxlama aparılıb. Doğrusöztv.az-ın manset.az-a istinadən məlumatına görə, xidməti yoxlamanın nəticəsində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Quliyev, Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlqar Rzayev, Cinayət-axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Rəcəbov, […]