Azərbaycan İsraillə elm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan və İsrail arasından elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalanıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.

“İsrailə səfər çərçivəsində innovasiya, elm və texnologiya naziri Qila Qamliel ilə görüş keçirdik. İnnovasiya, süni intellekt, kibertəhlükəsizlik, kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərini müzakirə etdik. İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət etdik”,- deyə o qeyd edib.

Loading

Next Post

AFFA hakimi təhqir edən baş məşqçini 5 oyunluq diskvalifikasiya edib

AFFA U-11 Liqasında hakimi təhqir edən “World Stars FA” komandasının baş məşqçisi Çıraq Behbudov 5 oyunluq diskvalifikasiya edilib. Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Mütəxəssis İCBFA – “World Stars FA” görüşünün 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. AFFA Region Liqasında keçirilən […]