Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb

Oxunma vaxtı:22 Saniyə

Almaniya vətəndaşlarını İrana səyahət etməməyə və İranda olan almaniyalıları isə ölkəni tərk etməyə çağırıb.

Buna səbəb İrana qarşı sanksiyaların bərpası prosesinin başlaması səbəbindən Tehranın mümkün cavab tədbirləri görmə ehtimalıdır.

Qeyd edək ki, “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) avqustun 28-də İrana qarşı sanksiyaların bərpası mexanizminin (snapback mexanizmi) fəallaşdırılması prosesinə başlayıblar.

Prosesin müddəti 30 gündür.

Bu müddət ərzində İran və “Avropa üçlüyü” arasında heç bir razılaşma əldə olunmasa, İrana qarşı sanksiyalar qüvvəyə minəcək.

Loading

Next Post

Bakı Metropoliteninə 20 yeni nəsil vaqon gətirilib

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə qatar parkını genişləndirərək daha dörd yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib. O bildirib ki, dördüncü nəslə mənsub bu qatarların 2025-ci ildə istismar müddəti […]