Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

Oxunma vaxtı:37 Saniyə

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək. Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Loading

Next Post

Milli Məclis Mehriban Əliyevanı TƏBRİK ETDİ

Milli Məclis 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb. Bununla bağlı parlamentin bugünkü plenar iclasında sədr Sahibə Qafarova məlumat verib. Deputatlar sədrin təklifini dəstəkləyiblər.