Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib

Oxunma vaxtı:38 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin diplomatik korpusunda dəyişikliklər haqqında fərmanlar imzalayıb.

Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında dərc edilən sənədlərdə bildirilib.

V.Zelenski Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanı işdən azad edib. Həmçinin Yaponiyadakı səfir Sergey Korsunski, Çindəki səfir Pavel Ryabikin və 2022-ci ilin mayından Sloveniyadakı səfir vəzifəsini tutan sabiq müdafiə naziri Andrey Taran vəzifəsindən azad edilib.

Bundan əlavə, Ukraynanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Yevgeniya Filipenko da işdən çıxarılıb. Onun yerinə Yevgeni Tsimbalyuk təyin edilib. Həmçinin Ukraynanın keçmiş xarici işlər nazirinin müavini Emine Caparovanın Vyanadakı beynəlxalq təşkilatlarda Ukrayna nümayəndəsi təyin edilməsi haqqında reallaşmamış fərman da ləğv edilib.

Məlumata görə, Sloveniya, Macarıstan, Konqo, Filippində yeni səfirlər təyin edilib, həmçinin Ruanda və Litvadakı diplomatik missiyaların rəhbərləri dəyişdirilib. Ukraynanın İndoneziyadakı səfiri işdən azad edilib.

Loading

Next Post

Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 21-də Nayrobi şəhərində bu ölkənin ən qədim təhsil ocaqlarından olan Nayrobi tam orta məktəbinə baş çəkib. Məktəbdə Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompüter sinfinin açılışı olub. Sonra Leyla Əliyeva Nayrobi şəhərindəki Kangemi Tibb Mərkəzinə […]