DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

Oxunma vaxtı:29 Saniyə

Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondun məlumat yayıb.

Məlumata görə, bu, proqnozla müqayisədə 9 % və yaxyd 183 milyon manat çoxdur.

Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 3 % və yaxud 41 milyon manat çox – 1 milyard 559 milyon manat olub.

Yanvar-mart aylarında DSMF-nin xərcləri isə 2 milyard 53 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10 % və yaxud 189 milyon manat çoxdur.

Loading

Next Post

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq və operativliyi təmin edən əsas rəqəmsal alətlərdən biri kimi fəaliyyətə başlayıb (www.rdmis.gov.az). Bu barədə Maliyyə Nazirliyi məlumat yayib. Məlumata görə, RDMİS vasitəsilə büdcə, xəzinədarlıq, dövlət borcu, mühasibat uçotu və digər maliyyə prosesləri inteqrasiya olunmuş şəkildə idarə olunacaq. Bu yanaşma […]