Bu gün Buzovna, Binə və Xırdalanda 6 saat işıq olmayacaq

Oxunma vaxtı:47 Saniyə

Bu gün Bakının Xəzər rayonu, həmçinin Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu haqda “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin və dayaqların yenilənməsi ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Saat 09:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsində və Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Həmçinin, Abşeron RETSİ-yə daxil olan Xırdalan şəhərində 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Saat 09:00-dan saat 15:00-dək Xırdalan şəhəri Quşçuluq massivinin bir hisəsində, Şıxəli Qurbanov, Nizami küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Çempionlar Liqası: "Atalanta" "Real"ı, "Bayer" isə "İnter"i qəbul edəcək

[center][img]https://azadmedia.az/uploads/posts/2024-12/1733807855_1733807281_2166793595_0.jpg[/img][/center]Bu gün UEFA Çempionlar Liqasında VI turun ilk oyunları baş tutacaq. Doqquz matçla başlayacaq turda maraqlı qarşılaşmalar futbolsevərlərə izlənməsi həyəcanlı görüşlər vəd edir. İk oyun günündə aşağıdakı qarşılaşmalar keçiriləcək: 21:45 (Bakı vaxtı): “Dinamo Zaqreb” – “Seltik”21:45 (Bakı vaxtı): “Jirona” – “Liverpul” Daha sonra isə günün digər matçları 00:00-da başlayacaq: “Atalanta” […]