Azərbaycanda Novruz bayramıdır

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

Azərbaycanda Novruz bayramı qeyd edilir.

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

Loading

Next Post

Mehriban Əliyevadan Novruz bayramı paylaşımı

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Mehriban Əliyeva bununla bağlı öz instaqram hesabında paylaşım edib. Paylaşımda deyilir: “Əziz bacılar və qardaşlar! Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç […]