Mehriban Əliyevadan Novruz bayramı paylaşımı

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Mehriban Əliyeva bununla bağlı öz instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!

Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.

Loading

Next Post

Azərbaycana yaz gəldi...

Azərbaycana yaz fəsli daxil olub. Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu il yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşib. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib. Həmin andan etibarən şimal yarım kürəsində yaz fəsli başlayıb.