Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Oxunma vaxtı:18 Saniyə

23-27 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.

Loading

Next Post

Hərbi prokuror HDQ-nin hərbi qulluqçularına tapşırıqlar verib

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görülməsini qeyd […]